Azərbaycanda 23 yaşlı müəllim koronavirusdan vəfat etdi - FOTO

Azərbaycanda gənc müəllim koronavirusdan vəfat edib.

Oxu.Az-ın məlumatına görə, bir neçə gün öncə koronavirusa yoluxan Şəbnəm Qurbanova bu gün dünyasını dəyişib.

O, ingilis dili müəllimi kimi fəaliyyət göstərib. 

23 yaşlı müəllim avqustun 17-də koronavirusa yoluxması barədə sosial şəbəkədə paylaşım edib: 

“Virusa mən də yoluxdum. Necə şiddətli, ağır xəstəlikdir.. Özünüzü qoruyun. Məni hərəkətsiz yataq xəstəsi edib”.