Etiraflar heyrət doğurdu

7 aylıq körpənin ölümünə diplomsuz "tibb bacısı" səbəb olub

7 aylıq körpənin ölümünə səbəb olan tibb bacısını 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Tibb bacısının məhkəmədə qandondurucu etirafları isə eşidənləri dəhşətə gətirib. “Şərq” “ahaber.com.tr”yə istinadən bildirir ki, Səma və Əmir Şahin cütlüyünün 7 aylıq körpəsi Əli Əmir 2019-cu ilin avqustunda İstanbuldakı özəl xəstəxanalardan birinə aparılıb.

 Körpə müalicə olunduğu xəstəxanada vəfat etməsindən sonra faktla bağlı cinayət işi açılmış və istintaq başlamışdı. Istintaqın gedişində Türkiyə Sağlıq Bakanlığı prosesə qoşularaq xəstəxananın baş həkimi Hakan Hasdemir, əmək fəaliyyəti izni olmadan Uşaq Xəstəlikləri üzrə həkim Barış Y. nin möhürü ilə arayış tərtib edib müayinə və müalicə ilə məşğul olan Ramina Rzayeva haqqında 2 ildən 8 ilə qədər həbs cəzası tələb edib. Kiçikçəkməcə Cümhuriyyət Başsabcılığı (prokurorluğu) tərəfindən aparılan istintaq işi üzrə 26-cı Əsliyə Cəza Məhkəməsində məhkəmə prosesi başlayıb. 

Prosesdə şahid qismində ifadə verən tibb bacısı P.Y. heyrət doğuran açıqlamalar səsləndirib. Bildirib ki, Raminanın tibb üzrə diplomu olub-olmadığından xəbərsizdir. O, tibb bacısına körpənin müalicəsinin ilk işi olduğunu deyib. Analizlər alınıb, ağ ciyərlər rentgen edilib, körpədən qan alınıb, damar yolları açılıb, müalicəyə başlanıb. Tibb bacısı körpəyə təyin edilən dərmanların dozasının dərmanların göstərildiyi sistemdə yüksək yazıldığını görüb, aptekə telefon açaraq dərmanların dozasının yüksək olduğunu deyib, onlar da düzəliş ediblər. Sistemdə dərmanların dozasına düzəliş edildiyndən tibb bacısı təkrar yoxlama aparmadan körpəyə dərman verib. Belə çıxır ki, körpəyə dərmanlar əvvəlki doza ilə verilib. Yəni, yüksək dozada.  Tibb bacısı “mən bunu körpə öldükdən sonra öyrəndim”, deyib. Sistem qoşulduqdan sonra körpənin halı pislışib, ağlamağa başlayıb. Tibb bacısı həkimi çağırıb, həkim körpəyə “Parasitomol” içirib. Körpənin vəziyyəti bir qədər yüngülləşib, təkrar seruma qoşulunca yenə ağlamağa başlayıb.

 Tibb bacısı bu dəfə “mavi kod” siqnalı verib. Lakin körpə həyata vida edib. Tibb bacısının ifadəsindən sonra məhkəmə prosesi fevral ayınadək təxirə salıb. 

7 aylıq Əli Əmir ötən Qurban bayramının 3-cü günü  torpağa tapşırılıb. Körpənin anası “İl yarımdır ki, körpəmin ölümünə səbəb olanların cəzalandırılmasını gözləyirəm. 

Cənnət quşum getdi. Başqa körpələrin canı yanmasın, analarının qəlbi dağlanmasın deyə, savadsız, məsuliyyətsiz həkimlərin cəzalanmasının istəyirəm”, söyləyib. 

Qeyd edilir ki, valideynləri körpəni hərarət və öskürək şikayəti ilə xəstəxanaya aparıb. Müayinə zamanı körpəyə yuxarı tənəffüs yolları infeksiyası diaqnozu qoyulub, həkim valideynlərə tənəffüs yollarına mikrob düşdüyünü deyib. 

Müalicə təyin edib. 2 gün sonra körpəni təkrar xəstəxanaya apardıqda isə həkimin icazəli olduğu deyilib, körpənin müyinəsini həkim Ramina Rzayeva icra edib. 

Bu həkiminsə icazəsiz çalışdığı sonradan məlum olub. Serum qoşulan körpə isə bir daha oyanmayıb.