Cibində 12 milyonluq brilyant daşlar keçirməyə cəhd edən şəxs saxlanılıb


İstanbul aeroportunda cibində 12 milyonluq brilyant daşlar keçirməyə cəhd edən şəxs saxlanılıb.

“Sherg.az” “Millieyt.com”a istinadən xəbər verir ki, şəxsin Hindistan vətəndaşı olduğu müəyyənləşib. 

O, Bəhreyn-İstanbul təyyarə reysinin sərnişini olub. Şəxsin şübhəli davranışı nəzarətçilərin gözündən yayınmayıb. Onun üzərində axtarış aparılıb və şalvarının hər iki cibinə içində brilyant daşlar olan paketlərin tikildiyi aşkarlanıb. Daşların ümumi ağırlığı 467.08 qram, dəyəri isə 12 milyon TL-dır. 

Qiymətli daşlar müsadirə edilib, şəxs isə istintaq aparılması üçün ədliyyə orqanına təslim edilib.