DƏHŞƏT! - Uşaq zorakılığı: Ana 13 yaşlı qızını bir ay evdə zəncirləyib 


Türkiyədə ana 13 yaşlı qızını bir ay evdə zəncirləyib.
“Sherg.az” xəbər verir ki, hadisə Türkiyənin Adana şəhərində baş verib. Suriya əsilli, 39 yaşlı ana Semire M.  13 yaşlı V.C.-nin evdən qaçaraq şəhərin işıqforlarında dilənməyə başladığını iddia edib.

Ailəsi tərəfindən dəfələrlə xəbərdarlıq edilən V.C. mart ayında evdən qaçaraq dostunun evində qalıb. Daha sonra qardaşı qaldığı ünvana gedərək bacısı V.C.-ni evə gətirib. Ana Semire M. də qızı V.C.-ni ayaqlarından zəncirlə yataq otağının pəncərə barmaqlıqlarına bağlayıb. Bir aydır bağlı qalan V.C. aprelin 29-da qışqıraraq kömək istəyib. Qızın səsini eşidən qonşunun xəbərinə əsasən polis qrupları ünvana gəliblər. 
Qapını açan polislər girdikləri evdə V.C.-nin ayağındakı zənciri çıxararaq xilas ediblər. V.C. ,həmin vaxt evdə olan böyük qardaşı və ana Semire M. Uşaq Şöbəsinə aparılıb. 13 yaşlı qız ailəsindən şikayətçi olmadığını bildirib:

 “Bir ay ayağım zəncirlənmiş yataq otağında qaldım. Anam ehtiyaclarımı qarşılayıb, amma heç vaxt zənciri çıxarmayıb. Hadisə günü evə gələn polis qrupları məni xilas etdi. Mən heç kimdən şikayətçi deyiləm”.

Şübhəli Semire M. gətirildiyi məhkəmə tərəfindən ev dustaqlığına, qızın qardaşı  isə prokurorluğun qərarı ilə sərbəst buraxılıb. Ailəsindən şikayət etməyən V.C. O, könüllü olaraq anasının evinə qayıdıb.