Üzmək üçün suya girdi DƏHŞƏT YAŞADI

Avstraliyada üzmək üçün girdiyi suda timsahın hücumuna məruz qalan şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
“Sherg.az” NTV-yə istinadən xəbər verir ki, üzmək üçün şəlalənin yaxınlığında suya girən şəxs timsahın hücumu nəticəsində qolundan və ayağından yaralanıb. Hadisədən sonra çağırılan xilasetmə helikopteri yaralını xəstəxanaya çatdırıb.

"Sözügedən şəxs bizə timsahın 2-3 metr uzunluğunda olduğunu söylədi. Onun sağ qalması bəxti gətirib", - xilasetmə qrupundan Qreq Allan deyib

Kvinslend Təcili Yardım Xidmətindən bir səlahiyyətli, bölgədə şirin su timsahlarının ciddi bir populyasiyasının olduğuna diqqət çəkib.

çimnaz