36 yaşlı boksçu rinqdə öldü - FOTO

Almaniyanın Münhen şəhərində keçirilən boks yarışında 36 yaşlı  boksçu Musa Askan Yamak dünyasını dəyişib. Həmin anlar kameralara düşüb.
“Sherg.az” Habertürk-ə istinadən xəbər verir ki, bu günə qədər çıxdığı 75 professional görüşdə məğlub olmayan M.A. Yamak ötən gecə yenidən qalib gəlmək üçün rinqə çıxıb. Yamak yarımağır çəkidə WBF və GBU kəmərlərinin sahibi olub.
İHA-da yer alan xəbərə görə, 36 yaşlı boksçu görüşün üçüncü raundunda yerə yıxılıb. Xəstəxanaya aparılan boksçu Musa Askan Yamak müalicə aldığı xəstəxanada dünyasını dəyişib.