Baxıcı 13 aylıq körpəni pəncərədən atdı

İtaliyada uşaq baxıcısı 13 aylıq körpəni pəncərədən atdığını etiraf edib.
“Sherg.az” Haberglobal-a istinadən xəbər verir ki, 32 yaşlı Monica Santi adlı dayə niyə belə etdiyini bilmədiyini açıqlayıb.
Müəyyən edilməmiş psixoloji pozğunluğu olduğunu iddia edən qadın, "Pis vaxt idi, bir növ qıcolma keçirdim" deyib. Qadın özü üçün psixiatrik müayinə tələb edib. Baş verən hadisədən sonra həbs edilən Santi, adam öldürməyə cəhddə də ittiham olunur. Körpənin sağ olduğu və həyati təhlükəsinin davam etdiyi öyrənilib.