Polis mal-qaranı sahibi ilə birlikdə həbs edib - SƏBƏB?

Öküzün 12 yaşlı uşağı öldürdüyü iddiası ilə hərəkətə keçən Cənubi Sudan polisi mal-qaranı sahibi ilə birlikdə həbs edib.
“Sherg.az” HaberGlobal-a istinadən xəbər veriri ki, polis keçən həftə axşam saatlarında fermanın yaxınlığında gəzən öküzün  azyaşlı oğlana hücum edib öldürdüyünü bildirib. Polis sözçüsü İlyas Mabor yerli mediaya açıqlamasında bildirib ki,  öküz hazırda Rumbek Mərkəzi Dairəsində polis bölməsində saxlanılır. Uşaq yarılma üçün xəstəxanaya aparıldıqdan sonra dəfn olunmaq üçün evə göndərilib.

Ştat qanunlarına görə, bir insanı öldürən istənilən ev heyvanı avtomatik olaraq zərərçəkənin ailəsinə kompensasiya kimi verilir. Buna görə də heyvan 3 illik cəzasını başa vurduqdan sonra qarşı tərəfin ailəsinə təhvil veriləcək.