"Tik-Tok"a video çəkmək üçün atasının silahını götürən 13 yaşlı N.Y. ( şərti ad ) təsadüfən özünü vurub.
"Sherg.az" "Hüriyyet"ə istinadən bildirir ki, hadisə Türkiyənin Tekirdağ ərazisində baş verib.
Döş qəfəsindən xəsarət alan N.Y. xəstəxanaya aparılıb.
İddiaya görə, N.Y sosial media tətbiqi "Tik-Tok"da dostu ilə video çəkib paylaşmaq üçün evdə gizlicə atasının silahını götürüb. Daha sonra küçəyə çıxan N.Y. , tapançanın dolu olduğunu anlamayıb və anidən tətiyə basıb. Silahdan açılan güllə ilə sinəsindən vurulan N.Y. səhiyyə işçiləri tərəfindən təcili yardımla Çorlu Dövlət Xəstəxanasına aparılıb. Yaralı N.Y. polislərə " "Tik -Tok" videosu çəkərkən baş verdi. Heç nəyim yoxdur, məni evə buraxın" -, deyib.