“Avropa birliyi də, Qərb də Saakaşvilinin yenidən hakimiyyətə gəlməsini istəyir”
Gürcüstanda kütləvi aksiyalar başlayıb və əhali höküməti istefaya səsləyib.Ölkənin Avropa İttifaqına (Aİ) qoşulması prosesini dəstəkləyən nümayişçilər iyunun 23-də Avropa liderlərinin Gürcüstana “namizəd ölkə” statusu verməməsində hökuməti günahlandırır.
“Sherg.az” HaberTürk-ə istinadən xəbər verir ki, onların əsas istəyi baş nazir İrakli Qaribaşvilini istefa verməsidir.Dünən axşam saatlarından paytaxt Tbilisidə küçələrə çıxan nümayişçilər Parlament binası qarşısına toplaşaraq hökumət əleyhinə nümayiş keçirirlər. İzdiham səbəbindən paytaxtın əsas küçəsi olan Şota Rustaveli bağlayan nümayişçilər Gürcüstanın dövlət himni və AB himnini oxuduqdan sonra hökumət əleyhinə şüarlar səsləndiriblər.Ukrayna və Moldovaya “namizədlik” statusu verildiyini, Gürcüstana isə yalnız “Avropa perspektivi”nin təqdim edildiyini bildirən nümayişçilər indiki hakimiyyətə artıq güvənmədiklərini deyiblər.
Bu dönəmdə Gürcüstanda belə hadisələrin baş verməsi çaşqınlıq yaradıb. Sosial mediada bu aksiyaların ardından Saakaşvili demarş götürə bilərmi,aksiyalanı onun tərəfdarlarımı həyata keçirir sualları dolaşır.
Aksiyanın pərdəarxasını "Sherg.az"a şərh edən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib ki, Avropa İttifaqının Gürcüstana mənfi rəy verməsinin ardında Saakaşvilinin həbsdə olması və Gürcüstan hakimiyyətinin rusmeyilli qüvvələrdən təşkil edilməsi dayanır:
"Gürcüstan ərazisinin işğal olunuduğuna baxmayaraq bugünkü hakimiyyət Rusiya meyilli İvanaşvilinin yığdığı komandadır. Gürcüstandakı məlum aksiyalar onu göstərir ki,əhali arasında daha çox qərbə meyil var və Rusiyadan uzaqlaşmaq istəyirlər. Bu etiraz aksiyalarının sonu Saakaşvilinin həbsdən çıxmasına yol aça bilər. Burada iki ehtimal var: Saakaşvilinin Avropa , Ukraynaya ekstradisiyasi, yaxud da, Gürcüstanda azadlığa çıxaraq möhkəmlənib yedin hakimiyyətə gəlməsi.
Avropa Birliyi də, Qərb də Saakaşvilinin yenidən hakimiyyətə gəlməsini istəyir. Ukrayna müharibəsindən sonra növbəti gözlənti Qafqazda - xüsusən də Gürcüstanda baş verə bilər.
Düşünürəm ki, yaxın vaxtlarda Gürcüstanda vəziyyət Avropa meyilli hakimiyyətin gəlməsinə və Saakaşvilinin azad olmasına gətirib çıxaracaq".