İpək libasla qarlı zirvəyə

44 yaşlı gözəl rekorda imza atdı

  Rusiyalı turist Türkiyənin Palandökən Xizək Mərkəzində ilkə imza atıb. 44 yaşlı snoubordçu Tanya Tatyana gül qurusu rəngli ipək libasla buz dağına dırmanaraq snoubord hərəkətləri edib. Bu barədə “NTV.com.tr”məlumat paylaşıb. Tatyana bu barədə “hər kəs buz dağına alpinist və ya xizəkçi qiyafətləriylə dırmanır.

Mən snoubord idmanını çox sevirəm. Və sevdiyim idman növünü ən çox sevdiyim libasımla gerçəkləşdirmək istədim. Etirazlara baxmayaraq mən bunu bacardım”, söyləyib. Tatyana son 10 ildir tətil üçün məhz Türkiyəyə - Palandökən Xizək Mərkəzinə gəlir. Tatyana 2 övlad anasıdır. 

Rusiyada inşaat materiallarının satışı şirkəti var. Eyni zamanda snoubord qış idman növüylə də məşğul olur, buzlaqlara dırmanmaq hobbisidir. 

Tatyana ipək libasıyla dəniz səviyyəsindən 3 min 176 metr yüksəklikdəki Əjdaha Təpəsinə alpinistlərin köməyi ilə qalxıb, oradan snoubordla təhlükəli enişini 20 metr hündürlüyündə və 150 metr enindəki süni buz parkında tamamlayıb. Sonra da ayağına geyindiyi snoubordla mehmanxanaya gedib.

 Palandökəndə havanın temperaturu mənfi 3 dərəcədir. Tatyananın təhlükəli enişini xizək mərkəzindəkilər maraqla və heyrətlə izləyiblər. Tatyana isə bu günü heç unutmayacağını, Ərzurumu, Palandökəni çox sevdiyini deyib.