Bakı şəhəri, Zərifə Əliyeva 19A küçəsində xoşagəlməz hadisə yaşanıb.
"Sherg.az" xəbər verir ki, məşhur influenser Həmidə Hacıyeva instaqram səhifəsində hadisə barədə paylaşım edib:
"Mağazadan çıxarkən bir kişi pəncərədən içki şüşəsini düz başımın üstünə atdı.1 saniyə tez arxaya çəkilməsəydim, o şüşə mənim başıma düşəcəkdi. Şüşəni atdıqdan sonra diqqətlə nə baş verdiyini izləyirdi. Yəqin ki, əqli problemlidir.
Təkrar nəsə atar deyə ehtiyat edib mağazada gözlədik. Mağazada qızlar belə hadisənin son günlərdir bir neçə dəfə baş verdiyini söylədi.
Məncə, bu şəxslə bağlı tədbir görülməlidir. Yoxsa bir gün kimsə xəsarət alacaq".