Zaqatalada FACİƏ: Hərbçi niyə ölüb? - Detallar bəlli oldu + FOTO

Zaqatala rayonunda vəfat edən hərbçi barədə bəzi detallar məlum olub.
Oxu.Az-ın məlumatına görə, 1997-ci il təvəllüdlü Məhəmməd İbrahim oğlu Cindarov rayonun Sumaylı kəndindəndir.
O, Zaqatalaya məzuniyyətə gəlib və qohumunun evində ürəktutmasından vəfat edib.
M.Cindarov Dövlət Sərhəd Xidmətinin əməkdaşı olub.

15:44

Daxili Qoşunların hərbçisi vəfat edib. 
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Zaqatala rayonunda qeydə alınıb. 

Daxili Qoşunların hərbi qulluqçusu, Zaqatala sakini, 27 yaşlı Məhəmməd İbrahim oğlu Cindarov sükan arxasında ürəktutmadan dünyasını dəyişib. 

Qeyd edək ki, M.Cindarov Daxili Qoşunların hərbi qulluqçusu olub. O, Zaqatalaya məzuniyyətə gəlib.