Xaçmazda qadın meyiti tapılıb

Xaçmaz şəhərində qadın meyiti tapılıb.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə şəhərin N.Nərimanov prospekti 68 ünvanında qeydə alınıb.

Belə ki, təxminən 40-45 yaşlarında olan Səmayə adlı qadının özünə məxsus fərdi yaşayış evində meyiti aşkarlanıb.

Meyit müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.