İki yaşlı uşaq hamilə anasını tapança ilə öldürüb - FOTO


ABŞ-ın Ohayo ştatında iki yaşlı uşaq 33 həftəlik hamilə olan anası Laura İlqi güllələyib.

Sherg.az "Daily Mail"ə  istinadən xəbər verir ki, dərhal hadisə yerinə gələn səlahiyyətlilər 31 yaşlı qadını xəstəxanaya çatdırsalar da, körpəni və ananı xilas etmək mümkün olmayıb.

Polis rəisi David Smith verdiyi açıqlamada polisin evə girdiyi zaman Laura İlqın huşunun yerində olduğunu bildirib.

Bədbəxt qadın səlahiyyətlilərə deyib ki, paltaryuyan zaman oğlu birtəhər onun adətən bağlı olan yataq otağına girib və silahla oynamağa başlayıb.

Yataq otağında komodinin üzərindən biri tapança olmaqla 3 ədəd odlu silah aşkar edilib. Hadisə zamanı işdə olan İlqin həyat yoldaşı Alek İlq silahların ona məxsus olduğunu bildirib.

“Evlərin 40 faizində silah var”

ABŞ-da yerləşən Pew Araşdırma Mərkəzinin məlumatına görə, ölkədəki evlərin təxminən 40 faizində silah var.
Mart ayında Texasda üç yaşlı uşaq evdə təsadüfən 4 yaşlı bacısını silahla öldürmüşdü.

Turan