Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Elazığ şəhərində zəlzələ baş verib.
Bu barədə Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallarla Mübarizə İdarəsi (AFAD) məlumat yayıb.
Məlumatda bildirilir ki, maqnitudası 4,1 olan zəlzələ 4 km dərinlikdə baş verib. Onun episentri Elazığ şəhərinin Sivrice rayonu olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur.