Qurbanlıqdan qaçan öküz sakitləşdirici iynə vurduqdan sonra tutuldu

Şanlıurfada sahibindən qaçan qurbanlıq öküz 2 saatlıq təqibdən sonra sakitləşdirici iynə ilə yaxalanıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Halil Yıldırıma məxsus qurbanlıq öküz səhər saatlarında Əyyubiyə Məhəlləsində  sahibinin əlindən qaçıb.

Ətrafdakıların səyinə baxmayaraq, öküzü tutmaq mümkün olmayıb. Motosiklet, avtomobil və nəqliyyat vasitələri ilə saxlanmağa çalışılan öküzün sahibləri 2 saat heyvanın arxasınca qaçıb.

Heç kəsi yaxın buraxmayan buğaya əraziyə gələn  bələdiyyə işçiləri sakitləşdirici iynə vurduqdan sonra kəsimə aparıblar.