Daşkəsən sakini sel nəticəsində həlak olub

Bu gün saat 20:00 radələrində Daşkəsənə yağan güclü leysan yağışları nəticəsində rayonun Təzəkənd sakini 01.04.2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunu Əyri çaydan keçən sel aparıb.

APA xəbər verir ki, Elgün Orucovun ərazi mülki müdafiə qüvvələri tərəfindən Qabaqtəpə kəndinin ərazisində tapılan meyiti ailəsinə təhvil verilib. Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.