Kişinyovda aeroportda atışma oldu

Moldovanın paytaxtı Kişinyovda aeroportda atışma olub.


Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Moldova Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hazırda sərnişinlər binadan təxliyə edilir. Problem aradan qaldırılana qədər Kişineu hava limanında uçuşlar dayandırılıb.


Bildirilib ki, hadisənin təfərrüatları məlum deyil.