Yevlaxda avtomobillər toqquşub, sürücülər xəsarət alıb

Yevlax şəhərinin Füzuli küçəsində 2 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-21011" və "Daewoo Nexia" markalı avtomobilərin toqquşması nəticəsində, hər iki nəqliyyat vasitələrinin sürücüləri, 1987-ci il təvəllüdlü R.Babeyev və 1986-cı il təvəllüdlü E.İsmayılov xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.