Göyçayda 31 yaşlı qadını cərəyan vuraraq öldürüb

Göyçayda bədbəxt hadisə baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə Göyçay rayonunun Ləkçılpaq kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Sevda Xadiməsgərini yaşadığı evdə elektrik cərəyanı vurub. Onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.