İstanbulda aslan dərmanlı oxla tutulub


İstanbulun Beykoz  rayonunda meşəlik ərazidə aslan nəriltisinin eşidildiyi barədə polisə məlumat verilib.
Sherg.az türk mediasəna istinadən xəbər verir ki, iyulun 4-ü çərşənbə axşamı günü saat 22.45 radələrində baş verən hadisə ilə bağlı əraziyə gedən polis qrupları araşdırma aparıb.
Ekipajlar meşədə gəzən bir aslan görüblər. Aslan dərmanlı oxla tutulub.
Zərərsizləşdirilən şir bələdiyyə baytarlıq qruplarının müşayiəti ilə “Çərkəz Cengiz” kimi tanınan Cengiz Şıklaroğluna təhvil verilib.

Turan