40 il əvvəl övladlığa götürülən qızını axtarır: Tapsa, böyük miras buraxacaq - FOTOLAR

Çinli ana körpəsinin 40 il əvvəl valideynlərinin razılığı olmadan qohumları tərəfindən övladlığa götürüldüyünü deyib. 

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Çinin cənub-şərqindəki Ciciang əyalətinin Hangcou şəhərindən olan 64 yaşlı Vanq Yuncuan 1983-cü ildə özünün ərinin və razılığı olmadan övladlığa götürülən qızını axtarır.


Vanq, həyat yoldaşının 1981-ci ildə qızına 21 yaşında hamilə olduğu zaman ömürlük həbs cəzası aldığını və ərinin 1982-ci ilin may ayında qızını qısa müddətə gördüyünü  söyləyib. O, deyir ki, evdə olmadığı zaman ondan xəbərsiz ərinin qohumları  qızını  1983-cü ildə  Pekinə aparıb başqa  ailəyə övladlığa veriblər.

40 ildir qızlarının həyatında olmamaqdan və atasının kriminal keçmişindən utandıqlarını bildirən Vanq əvvəlcə qızlarının yeni yaşam düzənini  pozmaqdan qorxduqlarını dilə gətirib.

Böyüdükcə qızlarına olan həsrətin artdığını vurğulayan Vanq, "Ortada qaldım. Dözə bilmədim və Pekindəki dostlarımdan araşdırmalarını istədim və qızımın övladlıq olmağında xəbəri olmadığını öyrəndim”. 

Vanq qeyd edib ki, 1991-ci ildə qızının Pekinin Haydian rayonunda yaşadığını öyrənib, lakin 2021-ci ildə rəsmi olaraq qızlarını axtarmağa  başlayıblar. Qızlarını tapmaq üçün Hangcou İcma Təhlükəsizliyi Departamentinə  DNT nümunəsini təqdim edən Vanq, digər ipuçlarının qızının doğum adı və sağ qolundakı doğum işarəsi olduğunu söyləyib.


Ərinin  2022-ci ildə 69 yaşında infarkt keçirərək vəfat etməmişdən əvvəl son arzusunun qızını tapmaq olduğunu və tapılacağı təqdirdə qızına 138 min dollarlıq miras qoyacağını vurğulayan Vang, "Pul qızımızın itkisini əvəz edə bilməz, amma bu, bizim xoş niyyətimizi və atasının son arzusunu ifadə edir” deyə bildirib.

Turan