Torpaq üstündə dava: İki nəfər yaralandı 

Bu gün səhər saatlarında Türkiyənin Patnos rayonunun Dədəli qəsəbəsinin Üzümlü məhəlləsində 2 qardaş və ailələri arasında torpaq üstündə silah, daş və dəyənəklərlə dava düşüb.
"Sherg.az" Türkiyənin DHA agentliyinə isinadən xəbər verir ki, davanı aradan qaldırmaq üçün kəndə gedən jandarmalara silahlı hücum olub. Atışma nəticəsində adları şərti açıqlanan 30 və 33 yaşlı iki çavuş müxtəlif bədən xəsarətləri alıb, odlu silahla yaralanıb .
Yaralı çavuşlara ilkin tibbi yardım göstərilib, təcili Patnos Dövlət Xəstəxanasına aparılıb.
Verilən məlumatlara görə , xəsarət alan çavuşların sağlamlıq durumları yaxşıdır. Yerli hüquq mühafizə orqanları qanlı olayla bağlı tədqiqata başlayıb.

Turan