Bələdiyyə sədrinin ofisində güllələnmə 

Sakryanın Sapanca rayonunda Sapanca Kanat Şirkəti  İdarə Heyətinin üzvü Burhan Özgümüş düşmən münasibətində olduğu  E.Ö tərəfindən  güllələnib. 

"Sherg.az" Türkiyənin DHA agentliyinə istinadən xəbər verir ki,  hadisə bu gün  saat 12.00 radələrində  Sapanca Bələdiyyə sədri   Özcan Özenin ofisində baş verib.

Burada Sapanca Kanat İdarə Heyətinin üzvü Burhan Özgümüşlə  şərikli  ticarətlə məşğul olduğu, amma son dövrdə aralarında  düşmənçilik yarandığından məhkəmə çəkişməsinə cəlb edilən E.Ö arasında gərginlik yaşanıb.
Mübahisə zamanı   qəfil  E.Ö tapançadan atəş açıb. Ayağından güllə yarası alan Özgümüş təcili yardımla Sakarya Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Verilən məlumata görə, Özgümüşün vəziyyəti qənaətbəxşdir. Hadisəni törədərək aradan çıxan E.Ö-nün tutulması üçün əməliyyat axtarış tədbirləri görülür.

Turan