Kütləvi zəhərlənmə  - Şagirdlər xəstəxanaya yerləşdirilib 

Rusiyanın Xakasiya vilayətində Teya uşaq  idman məktəbində bağırsaq infeksiyasına kütləvi yoluxma halı qeydə alınıb.

Hadisə ilə bağlı "Sherg.az"ın "Lenta.ru"ya istinadən verdiyi xəbərə  görə,  Xakasiya idman məktəbində bağırsaq infeksiyasına kütləvi yoluxmaya səbəb yeməkxanada keyfiyyətsiz hazırlanan qidalar olub.

İlkin məlumatlara görə, iyulun 7 - də 7 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib . Vəziyyəti öyrənmək , təcili tədbirlərin görülməsi ücün Rusiya Səhiyyə Nazirliyinin  nəzarət idarəsinin regional bölməsinin  mütəxəssisləri  Xakasiyaya ezam olunub.

Araşdırma zamanı bəlli olub ki ,  yeməkxanada keyfiyyətsiz qida məhsullarından istifadə olunub, sanitar -  gigyenik qaydalara əməl 
edilməyib.

 "Yeməkxana, otaqlar  və məktəbin ərazisi  dezinfeksiyası edilib"  - Rusiya Səhiyyə Nazirliyinin nəzarət idarəsindən agentliyə bildirilib. 

Qida zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilən  şagird və məşqçilərin vəziyyəti hazırda yaxşıdır.

Turan