Naxçıvanda yeni məktəb binasının sökülməsinin səbəbi 

Babək rayonunun Hacıvar kənd tam orta məktəbinin yeni inşa olunmasına baxmayaraq, layihəsinin tamamilə yararsızdır.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iyulun 13-də Naxçıvan şəhərində yeni “Ümid” yaşayış kompleksi istifadəyə verilməsi zamanı sakinlərlə görüşdə deyib.

Texniki-tikinti normalarının kobud şəkildə pozulduğunu, bu səbəbdən də binanın söküldüyünü bildirən səlahiyyətli nümayəndə Hacıvar kənd tam orta məktəbinin müasir üslubda yenidən inşa olunacağını vurğulayıb.