Bakıda dənizdə Rusiya vətəndaşı boğulub

Bakıda dənizdə Rusiya vətəndaşı boğulub.

“Report”un xəbərinə görə, hadisə iyulun 16-sı paytaxtın Sabunçu rayonu, Bilgəh çimərliyində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Yuri Kuznetsov, tanışı olan qadın və onun oğlu ilə birlikdə dənizdə çimərkən boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.