Silahla qorunurlar, kəndə enən ayılar camaatı qorxuya salıb 

Türkiyənin Rizə şəhərinin Çayeli rayonunda ac ayılar endikləri Derecik kəndində kənd təsərrüfatı məhsullarına və arı pətəklərinə ziyan vurur. Sherg.az türk mediasına istinadən xəbər verir ki, kəndlilər 15 nəfərdən ibarət komanda ilə gecələr patrul xidməti aparır və ayıları qovmaq üçün səs məşəllərindən istifadə edirlər.

Ayı ilə qarşılaşdığı anı izah edən Həsən Şimşək, "Ayılara görə yığışıb keşiş çəkirik. Keçən dəfə həyat yoldaşım ərik istədi, mən də ağaca çıxıb topladım. Aşağı enərkən gözümə ayı sataşdı, hücüm etmək istədi. Mən də qışqırdım, bir qədər gözlədi, sonra getdi. Ağacda 5 dəqiqə gözlədim ki,  ayı tamam getsin.Axşamlar atəş səsləri ilə  ayıları qorxuduruq” deyə bildirib.


 
Kənd muxtarı Ramazan Küçüksarı kəndlilərin qorxu içində yaşadıqlarını ifadə edərək, bunları söyləyir:

 "Dünən bir qız burada ayı ilə qarşılaşdı. Qorxdu və evdə gizləndi. Dostlarla  əraziyə gəldik. Səs fişəngi atdıq. Çalışırıq ki,  heyvanları insanların yaşayış yerindən uzaq tutaq.Son vaxtlar kəndimizdə ayı sürüləri çoxalıb. Yaşayış məntəqəsi olan insanların evlərinə gəlməyə başlayıblar. Bizim kimi bir neçə nöqtədə patrulluq edən dostlarımız var. Ümid edirəm ki, bu vəhşi heyvanlar ərazidən uzaqlaşacaq və özümüzü rahat hiss edəcəyik.Hamımız narahatıq.Kənddə hər ev qorxu içində yaşayır”. 

Turan