Şərurda evdə yanğın olub

Naxçıvanda evdə yanğın olub.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Aşağı Aralıq kəndində ümumi sahəsi 195 m² olan fərdi evin dam örtüyünün yanar konstruksiyaları 54 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.