Xırdalanda bir nəfər intihara cəhd edir

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, 1 nəfərin Abşeron rayonu, Xırdalan şəhərində Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

Bu barədə "Report"a FHN-dən bildirilib.

Qeyd edilib ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasetmə əməliyyatı davam edir.