Sahibsiz pitbull küçədə ata hücum etdi, heyvan  qanlar içində... - FOTO

Bursada boynundan kəndir bağlanmış sahibsiz pitbull it ata hücum edib. Həmin anlar mobil telefon kamerasına düşüb.
Sherg.az xəbər verir ki, it atı küçədə təqib edərək ayağından dişləyib. At qanlar içində qaçmağa çalışıb, it isə gözdən itib.
Ətrafdakıların xəbərindən sonra hadisə yerinə gələn Osmangazi Bələdiyyəsi Baytar İşləri Müdirliyi qrupları, yaralı at və itə çata bilməyib.

Hər iki heyvanın rayonda yaşayan vətəndaşlara məxsus olduğu və hadisədən sonra sahibləri tərəfindən aparıldığı öyrənilib.