Tərtər RİH-də əməliyyat 

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Tərtər Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

"Report" xəbər verir ki, idarə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində korrupsiya faktları ilə bağlı icra hakimiyyətinin vəzifəli şəxsi saxlanılıb.

Əməliyyat nəticəsində Tərtər RİH-in Memarlıq və tikinti şöbəsinin müdiri baş memar Tofiq Kərimov saxlanılıb.