Ekstremal idmançı yaşayış binasının 68-ci mərtəbəsindən yıxılaraq ölüb - FOTO

Sosial şəbəkələrdə Remi Eniqma kimi tanınan 30 yaşlı fransız ekstremal Remi Luçidi “Tregunter Tower” kompleksinin 68-ci mərtəbəsindən yıxılaraq ölüb.

Məlumata görə, həmin şəxs axşam saat 18:00 radələrində binaya gəlib və mühafizəçiyə 40-cı mərtəbədəki dostuna baş çəkdiyini deyib. Həmin adam onu tanımadığını bildirdikdən sonra mühafizəçi Remini tutmağa cəhd edib, lakin həmin vaxt kaskadyor artıq liftdə olub.

Kişi sonuncu dəfə saat 19:38-də kompleksin penthausunun pəncərəsini döyəndə sağ görünüb. Xidmətçi polisə zəng vurub. Hüquq-mühafizə orqanları hesab edir ki, Luçidi qəzadan əvvəl penthausun kənarında qalıb və pəncərəni döyərək kömək istəyib. Çox güman ki, elə oradan da yıxılıb.

Mənbə: South China Morning Post /oxu.az