Sosial media fenomeni acından ölüb

TikTok, Facebook və Instagram-da milyonlarla izləyicisi tərəfindən "Zhanna D'Art" kimi tanınan çiy qidaları təbliğ edən Rusiya vətəndaşı Janna Samsonova yalnız ekzotik meyvə pəhrizi yeməsi nəticəsində acından ölüb. 

Sherg.az yerli media istinadən məlumat verir ki, sosial media fenomeni Cənub-Şərqi Asiya turu zamanı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.


Bir dostu mətbuata bildirib ki, Samsonova Şri-Lankaya səfərdə olduqca yorğun görünüb, müalicə üçün evə göndərilib, lakin o, geri qayıdıb.

Dostu "Mən yuxarıda yaşayırdım və hər səhər onun cansız bədənini görəcəyimdən qorxurdum. Onu müalicə almağa razı saldım, amma uğursuz oldu" deyə bildirib.


Samsonovanın anası isə qızının ölümünü "vəbaya bənzər infeksiya" ilə əlaqələndirib, lakin meyitin yarılma hesabatının hələ açıqlanmadığı qeyd edilir.

Bişirilməyən otlarla hazırlanan yeməklərə diqqət yetirdiyi ifadə edilən Samsonovanın son 4 ildir "bütün xam vegan pəhrizi"nə əməl etdiyi və yalnız günəbaxan tumu cücərtiləri və meyvələrlə qidalandığı iddia edilir.

Turan