Zooparkdakı hadisə ən çox oxunan xəbər oldu: Ayı deyil, insan

Zooparkda çəkilmiş görüntü qısa müddətdə ABŞ və Britaniya mediasında ən çox müzakirə olunan mövzuya çevrilib.

Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, qısa zamanda dünya mətbuatında ən çox oxunan xəbərlərdən birinə çevrilən hadisədə əsas ayı obrazı yer alıb. Görüntülərdə ayı ziyarətçilərdən iki ayağı üzərində yemək istəməsi görünsə də, bəziləri ayının kostyumlu bir insan olduğunu iddia edirdi.
Xançjou zooparkında çəkilən görüntülərlə bağlı iddialara rəhbərlik ayının dili ilə yumorla cavab verib: “Bəziləri mənim insana oxşadığımı düşünür. – Deyəsən, sən məni yaxşı başa düşmürsən". 
Yerli mətbuatda yayımlanan xəbərlərdə ayının duruşu və dərisinə görə insana bənzədiyi bildirilib.

Zooparkdakı mühafizəçilərin sözləri də var. Səlahiyyətlilər deyib: "Ayılar dedikdə ağıla ilk  nəhəng fiqur və inanılmaz güc gəlir. Ancaq bütün ayı növlər eyni deyil. Günəş ayısı olaraq bilinən bu növün insan olduğu düşünülməsinin ən böyük səbəbi kürk qıvrımları və nazik ayaqları olmasıdır.

Zooparkın sözçüsü isə deyib ki, həmin kostyumla 40 dərəcədə insanın qısa müddətdə huşunu itirər. O, sözügedən iddiaların yalan olduğunu bildirib.

Turan