Türkiyədə Fəridə Rəsulovaya işgəncə verilib, 4 barmağını kəsiblər


Türkiyənin Marmara bölgəsinin ən məşhur şəhərlərindən biri Biləcikdə Fəridə Rəsulova adlı qadına işgəncə verilib. 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, qadın döyülüb, 4 barmağı kəsilib. Hadisə ilə bağlı iki xarici ölkə vətəndaşı saxlanılıb.

Həyati təhlükəsi olduğu öyrənilən Rəsulovanın müalicəsi köçürüldüyü Sakarya Təhsil və Araşdırma xəstəxanasında davam edir.

Hadisə ilə əlaqədar iş başlatan Biləcik Təhlükəsizlik Müdirliyi qrupları, xarici şübhəlilər Vahid N. (49) və Nəimi N (30)  saxlanılıb.

Nəzarətə alınan və ata-oğul olduqları bildirilən şübhəlilər polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə aparılıb.

Turan