Keçmiş məhkumun küçədə meyiti tapıldı

Bakıda meyit tapılıb.

Lent.az-ın məlumatına görə, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. 

Qəsəbə ərazisində üzərində zorakılıq əlamətləri olmayan kişi meyiti aşkar edilib. Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin əvvəllər məhkum olunmuş 50 yaşlı Balaəli Rzayev olması müəyyən edilib. Ölümün səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.