35 saat sonra: Okeanda itkin düşmüş gənc xilas edildi 

ABŞ-in Florida ştatında kiçik qayıqla Atlantik okeanında itkin düşmüş 25 yaşlı gənc 35 saat sonra sahil mühafizəçiləri tərəfindən xilas edilib.

 “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Charles Gregory adlı gənc avqustun 5-də kişik qayılqa okeana çıxıb, lakin geri dönməyib. Sahil Mühafizə Xidmətinə gəncin itkin  düşdüyü barədə məlumat verilib. Mühafizə Xidməti axtarışlara başlayıb. Axtarışlara helikopterlər də cəlb edilib. Axtarışlar nəticəsində gəncin qayığının okean sularında hərəkətsiz qaldığı təsbit edilib. Məlum olub ki, qayığın içinə yaraıya qədər su dolub, çıxılmaz vəziyyətdə qalan gənc isə sağdır. Gənc mühafizə xidməti əməkdaşları tərəfindən xilas edilib. 35 saat yaxın okean suları üzərində qalmasına rəğmən onun səhhətində hər hansı problem olmayıb. Gəncin xilasedilmə anları sahil mühafizə xidmətinin video-kameralarıyla qeydə alınıb.