İstanbulda dəhşət yaşandı


Eyvandan küçəyə atılan qaz balonu avtomobilin üzərinə düşüb


  İstanbulda ağlagəlməz hadisə baş verib. Şəhərin “Baxçalı evlər” məhəlləsində yerləşən yaşayış binasının eyvanından küçəyə atılan qaz balonu həmin vaxt küçədən keçən  avtomobilin üzərinə düşüb. Dəhşətli olan budur ki, qaz balonu avtomobilin şüşə tavanını qırıb keçərək sürücünün  başını yaralayıb.

 “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, həmin vaxt küçədə avtomobilində əyləşmiş sürücü, 24 yaşlı Mehmet İşlər baş verənlərdən şoka düşüb.  

Başından ağır yaralanan sürücü xəstəxanaya aparılıb. Onun başına 9 tikiş qoyulub. M.İşlər baş verənlər haqqında “evə gedirdim, Fatih küçəsindən keçirdim. Dostum da avtomobildə idi. Birdən başımıza nəsə ağır bir şey düşdüyünü hiss etdim. Nə baş verdiyini anlamadım. Demə, binadan qaz balonunu küçəyə atıblar. Qaz balonu yanar vəziyyətdə idi. Mən ağrıdan yerimdən tərpənə bilmirdim. Dostum cəld tərpənib  yanan qaz balonunu avtomobildən çıxardı. Söndürməyə başladı. Başım qanlamışdı və ağrılarım vardı. Aldığım zərbədən hafizəm itmişdi. Yaxşı ki arxamızca hərəkət edən digər avtomobildə dostlarımız vardı. Onların köməyi ilə xəstəxanaya aparıldım”, söyləyən Mehmet İşlər bu hərəkəti edənin cəzalanmasını istəyib: “Kim olduğunu bilmirəm, amma mütləq tapılmalıdır. Çünki bu, qəsdən  adam öldürməyə təşəbbüsdür”.