Küçəyə dollar səpdilər: 13 nəfər həbs edildi


  İstanbulun Beyoğlu səmtində, İstiqlal küçəsində yola dollar səpənlər yaxalanıb. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, İstanbul polisinin keçirdiyi əməliyyatla küçəyə dollar səpələyənlərin kimliyi təsbit edilib və 13 nəfər saxlanılıb.
  Bu şəxslərin maska taxaraq küçədə addımlaması və bu əsnada dollar əskinazlarını ətrafa səpələmələrini əks etdirən video sosial şəbəkələrdə yayılıb. Görüntülərin yayılmasının ardından İstanbul polisi hərəkətə keçib. Şübhəlilərin sosial media platforması istifadəçiləri olduğu müəyyən edilib. Onların şəxsiyyəti və yaşadıqları ünvan aşkar edilib. Tədqiqatlat nəticəsində məlum olub ki, qrupun üzvləri Böyükçəkməcə Alkənd məhəlləsində bir villa kirayələyib, villanı dekorasiya edib pornoqrafik məzmunlu videolar çəkərək sosial mediada paylaşıblar. Qrup üzvləri sosial platformanı ödənişli edərək qazanc əldə ediblər. Qrup üzvlərinin kirayələdiyi ünvanda əməliyyat keçirən polis 13 nəfəri şübhəli qismində yaxalayıb. Villada aparılan axtarışlar zamanı çoxlu sayda maska, müxtəlif geyimlər və üzərində “etibarsız” yazılmış ABŞ dolları əskinasları tapılıb. Saxlanılan şəxslər “xalqı kin və düşmənliyə təhrik etmək”də süçlanır.