Qadına əvvəlcə ilan, sonra şahin hücum çəkdi

Göydən fəlakət yağdı 

  64 yaşlı Peggi Jons görünməmiş qəzayla üzləşib. ABŞ-nin Texas ştatının sakini olan qadın ilan və şahinin eyni zamanda hücumuna məruz qalıb. “Sherg.az” “NTV.com.tr”ə istinadən bildirir ki, qadın həyətyanı sahəsindəki otları biçərkən üzərinə ilan düşüb. İlan qadının qoluna dolanıb. 

Nə baş verdiyini tam anlamağa macal tapmamış bir tərəfdən də şahin quşu qadına hücum çəkib. Belə ehtimal edilir ki, ilan şahinin şikarı imiş. Şahinin dimdiyindən sürüşüb düşüb. Şahin isə şikarının ardınca qadına hücum çəkib. Onu caynaqları ilə yaralayıb. Nəticədə talesiz qadın ağır xəsarət alıb. Xəstəxanaya aparılan qadına tibbi yardım göstərilib. Peggi özünü güclü hiss etdiyini deyib: “Özümü güclü hiss edirəm. Sağ qaldığım üçün şanslıyam. Mən həyatda qalmağı bacarmış biriyəm”. ABŞ-nin düzənlik ərazilərində oxşar halların tez-tez baş verdiyi bildirilir. Ohaya ştatında da zebra bir nəfərə hücum çəkib. Lakin bu hadisədə həmin şəxs təqsirli olub. Çünki zebranı sopayla qovmağa çalışırmış