Evin altından timsahlar çıxdı

Xilasedicilər şok yaşayıb

  Hindistanda bir evin altından çıxan timsahlar sakinləri dəhşətə gətirib. “Milliyet.com.tr”də yer alan xəbərə görə, sakinlər polisə evin altından anlaşılmaz səslər gəlməsi haqda məlumat verib. Deylən ünvana gələn polislər, həqiqətən də, anlaşılmaz səslər eşitdikdə xilasedicilərə xəbər veriblər. Evin altı qazıldıqda isə hər kəs dəhşətə gəlib. Evin altında timsah sürüsü yaşayırmış. Təhlükəni önləmək üçün özləriylə alətlər gətirən xilasedicilər timsahları boğazlarından yaxalayaraq çıxarıblar. Timsahların evin altından çıxarılma anlarını əks etdirən videolar sosial şəbəkələrdə yayılıb, milyonlarla izləyicini heyrətə salıb.