Bunu da etdilər: Süni ət süfrəyə gəlir

Süni ət istehsalı barədə illərdir danışılır. Artıq danışıqdan artığı baş verməkdədir. 
Süni ət birbaş süfrəyə gətirilir. “Sherg.az” “CNN Türk”ə istinadən xəbər verir ki, Çinin Şanxay əyalətində süni ət istehsalı fabriki işə başlayıb. Fabrikin qurucusu olan çinli sahibkar ildə 100 tonlarla süni ət istehsal ediləcəyini bildirib. Fabrik "start-up CellX"-ə mənsubdur. Süni ət istehsal edəcək fabrikin qurulması Çin hökumətinin 1,4 milyard sakinin qida təhlükəsizliyini təmin etmək planlarına daxildir. Fabrik 2 min litrəlik bioreaktora malikdir, yaxın zamanda miqyasın daha da böyüdüləcəyi açıqlanır. "CellX"-in İdarə heyətinin sədri Ziliang Yang bunun hələlik pilot layihə olduğunu, lakin süni əti yemək masasına təqdim etməyə çox yaxın olduqlarını söyləyib. Z.Yang “South China Morning Post”a verdiyi açıqlamada “Bu, pilot təsisatdır, burada əldə edilən məlumatları 2025-ci ilədək tamamlamağı və ildə 100-lərlə ton süni ət istehsal etməyi düşünürük”, - deyib. Süni ətin rəqabətə davamlı olacağı təxmin edilir. Süni ət satışına icazəı verən ilk ölkə Sinqapur, ikinci ölkə isə ABŞ-dir. Süni ət istehsalının təbii ətə olan tələbatı azaldacağı, bununla da heyvandarlığa o qədər də ehtiyac duyulmayacağı proqnozlaşdırılır.