“Ərköyünəm”, dedi…  - 2 gəncin həyatına son qoydu

İstanbulda motosiklet sürücüsü 2 nəfərin həyatına son qoyub. Motosiklet “aşiqləri”nin yolda ağlasığmaz hərəkətləri, sürət həddini aşmalarını əks etdirən videolar sosial şəbəkələrdə yayılıb. Hadisə İstanbulun Arnavutköy ərazisində baş verib. Bir neçə motosikletçi eyni anda şou sərgiləmək fikrinə düşüb. Nəticədə faciə yaşanıb. Motosikletçinin dəbilqəsindəki kameranın qeydə aldığı görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə motosikletçilərdən birinin hərəkət zolağında digər iki motosikletçini əzib keçməsi açıq görünür.

 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, qarşısındakı motosikletçiləri əzib keçən Berkant Kəskinin bu haqda soyuqqanlı danışması insanların hiddətinə səbəb olub. Qəzada Murad Verməz, Nazlı Yolçunun faciəvi şəkildə həlak olmasına baxmayaraq, B.Kəskin “mən bir az ərköyünəm. Zarafat edirdim. Təbiətim belədir, zarafat etməyi sevirəm, ərköyünəm”, söyləyib. Onun daha əvvəl də “Ərköyünəm” ifadəsiylə motosiklet idarə edən halda fotolar paylaşdığı məlum olub. B.Kəskin polis tərəfindən saxlanılıb, barəsində cinayət işi açılıb.