İt xərçəng xəstəliyindən vəfat edib

Son əməliyyatı zamanı yuxuya gedib, bir daha ayılmayıb

  Sosial mediada populyarlaşmış və bir çoxlarının sevimlisinə çevrilmiş “Cheems” adlı it xərçəng xəstəliyindən vəfat edib. Bu xəbəri itin sahibi sosial mediada paylaşıb. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, əsl adı Pup Balltze olan, siba-inu cinsindən it 2010-2013-cü illərdə internetdə məşhurlaşıb, onun fotoları çox yayılıb və sosial medianın sevimlisinə çevrilib. Lakin bu it cheeseburgerlə qidalanmağı çox sevdiyindən “Cheems” adıyla çağırılmağa başlanılıb. 12 yaşlı it uzun müddətdir xərçəng xəstəliyindən müalicə olunurdu. Sahibi bu haqda paylaşım edərək bildirib ki, bir neçə gün öncə it sonuncu torasentez (döş qəfəsindən mayenin xaric edilməsi) əməliyyatı zamanı yuxuya gedib. Və bir daha ayılmayıb. Sahibi “Üzülməyin, lütfən, Balltzenin dünyaya bəxş etdiyi sevinci xatırlayın. Sizi və məni bir-birinə bağlayan, yuvarlaq, gülümsəyən üzlü bir Siba-İnu, pandemiya zamanı da bir çox insana yardım etdi və bir çoxumuza çox böyük sevinc, nəşə gətirdi, amma indi vəzifəsi tamamlandı. İnanıram ki, göy üzündə azad bir şəkildə dolaşır, yeni dostlarıyla ləzzətli yeməklər yeyir. O hər zaman qəlbimdə olacaq. Ümid edirəm, bundan sonra da onu düşünənlər sevinəcək, kədərlənməyəcəklər. Bu, mənim tək arzumdur”.