Meşədə "qurd adam" görüntüləndi

Almaniyadakı Harz dağlarında turistlər tərəfindən çəkilən sirli çılpaq adam sürpriz yaradıb.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki , alpinistlər zədələnmiş köhnə qalanın yanında taxta nizə ilə gəzən 40 yaşlarında çılpaq kişinin fotosunu çəkiblər.
Alman mətbuatının “qurd adam” kimi qələmə verdiyi bu şəxsin 5 ildir meşə və dağlıq ərazidə tək yaşadığı düşünülür.
“Bild” qəzeti görüntülərdə kişinin saç və saqqalının uzandığını və uzun müddətdir vanna qəbul etmədiyinin göründüyünü yazıb. Kişinin fotosunu çəkən alpinistlərdən Gina Weiss Bild-ə açıqlamasında "Qum mağaralarına yaxınlaşanda “qurd adamı” gördük. Bizə baxdı və heç nə demədi. O tarix kitablarında daş dövrü insanlarına oxşayırdı”deyib.
Xatırladıq ki, Almaniyanın dağlıq və meşəlik Blankenburq bölgəsində daha əvvəl də müəmmalı adamın tək yaşadığı barədə xəbərlər yayılmışdı.  Səlahiyyətlilər son illərdə onlar meşələrdə canavar dərisində gəzən bir adamın görünməsi ilə bağlı bir neçə xəbərin aldığını bildiriblər. Yerli yanğınsöndürən Alexander Beck dedi söyləyib ki, bu oğlan çöldə necə yaşamağı və dəyişən hava şəraitinə uyğunlaşmağı yaxşı bilir.
Qeyd edək ki, təxminən üçdə biri meşələrlə örtülü olan Almaniyada təbiətdə tək yaşayan insanlarla bağlı əfsanələr xalq arasında uzun illərdir yayılıb.

Mənbə:Haber Global