Bakıda mənzildə yanğın olub

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 70 kvadratmetr olan üçotaqlı mənzilin mətbəxində 1 ədəd qaz sobası və mebel yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.