Dağıstanda kənddə atışma: Ölənlər və yaralananlar var

Rusiya Federasiyası Dağıstan Respublikasının Levaşi kəndində 2 nəfərin ölümü ilə nəticələnən atışma baş verib.

“Report” xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, insidentdə biri polis əməkdaşı - Levaşi Polis Bölməsinin maddi-texniki təminat şöbəsinin rəisi – olmaqla 2 nəfər öldürülüb. Bundan başqa, hadisədə bir neçə nəfərin yaralandığı qeyd olunub.