Ermənilər Azərbaycan səfirliyi qarşısında təxribata cəhd etdilər

Erməni lobbisinin Livandakı təmsilçiləri Azərbaycan səfirliyinin qarşısında təxribata cəhd ediblər.

TASS xəbər verir ki, təxribatın təşkilatçısı Ermənistanın "Daşnaksütyun" partiyasının yerli şöbəsi olub.

Onlardan bəziləri səfirlik binasına daş atmağa başlayıblar.

Polis etirazçıları səfirliyin qarşısından uzaqlaşdırıb. Bununla da ermənilərin növbəti təxribatının qarşısı alınıb.